Connect LLC

Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 12, məhəllə 1222.

0

Şirkət haqqında

“Konnekt MMC” Azərbaycan Respublikasının daim inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdəndir. Şirkətin əsası 2005-ci ildə qoyulmuşdur.
2007-ci ildən etibarən “Konnekt MMC” “CONNECT ADSL” brendi altında əhaliyə ADSL texnologiyası bazasında internet provayder xidmətləri göstərməyə başlamışdır.
2008-ci ildən etibarən şirkət həmçinin kabel televiziyası sferasında fəaliyyətə başlamış və artıq qeyd olunan tarixdən etibarən “CONNECT TV” brendi altında əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidməti təqdim edir.

2011-ci ildən etibarən isə şirkət “CONNECT FİBER” brendi altında fiber-optik texnologiya sahəsində fəaliyyətə başlamış və abunəçilərə yüksəksürətli fiber-optik internet xidmətləri təqdim edir.

“Konnekt MMC” öz fəaliyyətində müştəri məmnuniyyəti, keyfiyyətli xidmət və servis, daim yeni texnologiyaların tətbiqi və.s prinsiplərini rəhbər tutur. Şirkət hazırda Bakı, Sumqayıt, Xırdalan şəhərləri və ətraf qəsəbələrdə əhaliyə keyfiyyətli efir-kabel televiziyası və internet provayder xidmətləri təqdim edir.
Qeyd etmək lazımdır ki, hazırda “Konnekt MMC” ölkəmizdə kabel televiziyası sahəsində abunəçilərə ən çox sayda HD kanallar təqdim edən efir-kabel televiziyası operatorudur.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız