Brandex MMC

Bakı şəh., Mərdanov qardaşları, 137

0

Şirkət haqqında

“Brendlər üçün ekspress həllər” adı altında, 2017-ci ildən fəaliyyətə başlayan Brandex Şirkəti ilk fəaliyyətinə reklam istehsal xidmətləri ilə başlamışdır. Sonradan öz xidmət sahəsinə aid mebel və metal konstruksiya işlərini də əlavə etməklə, geniş ərazidə, müasir istehsalat avadanlıqlarına sahib şirkət tam rəsmi fəaliyyət göstərməkdədir. Professional işçi komandaya sahib olan şirkətin fəaliyyəti avtomatlaşdırılmış ERP idarəetmə əsasında aparılır. Əməkdaşlığının əksər hissəsini korporativ müştərilər təşkil edən Brandex Şirkəti qurulduğu vaxtdan bugünə kimi müxtəlif sektorlarda yerli və xarici şirkət, holdinq və korporasiyalarla uğurla əməkdaşlıq etməkdədir.Brandex Şirkəti bugün daxili və çöl reklamları, yolkənarı reklamlar (pilon, totem və s.), genişformatlı çap işləri, POSm materiallar, mebel (ofis və ticarət mebelləri, dekorativ interyer həlləri və s.) və stendlər (məhsul stendləri, sərgi stendləri, vitrinlər və s.), yüngül metal konstruksiya işləri (anbar və ticarət stellajları, yüngül karkas və s.), çöl fasad işləri üzrə xidmətlər təklif etməkdədir. İstənilən ticarət və xidmət obyektlərinin (mağaza, restoran, kafe, təhsil müəssiləri, və s.) sıfırdan dizaynı və layihələndirilməsi işini həyata keçirən şirkət, təqdim etdiyi dizayn əsasında obyektin interyer və eksteryer işlərini görərək tam təhvil verilməsi üzrə də peşəkarlaşmış, geniş təcrübəyə və təhvil verilmiş çoxlu uğurlu layihələrə sahibdir. İşlərə yazılı zəmanət verən şirkət xüsusi korporativ yanaşma, sürətli və keyfiyyətli xidmətlər göstərməkdədir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız