Azərpoçt

Bakı şəh. Üzeyir Hacıbəyli 72 AZ1000

0

Şirkət haqqında

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.1830-cu ildə Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan ərazisində - Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları yaradılıb.1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt, eləcə də Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranıb.1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi qurulub. Culfada poçt şöbəsi yaradılaraq, İranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondensiyası mübadiləsi təsis edilib.1883-cü il 9 mayda Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınmasına Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.1918-ci il 6 oktyabrda Poçt və Teleqraf Nazirliyi

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız