Baku Business Solutions

Bakı, Azərbaycan. Koroğlu Rəhimov 13a

0

Şirkət haqqında

Biz ölkəmizin iqtisadi çiçəklənməsini hədəf götürərək, Azərbaycanda vergi mədəniyyətinin daha da inkişafı üçün fəaliyyət göstəririk. Vergi ödəyiciləri üçün şəffaf vergi siyasətinin təmin edilməsi bizim başlıca məqsədlərimizdəndir. Məhz buna görə də vergi və digər dövlət orqanları ilə qarşılıqlı təmasda fəaliyyət göstəririk. Vergi ödəyicilərinin hüquqlarının qorunmasına və öhdəliklərinin tam yerinə yetirilməsinə nail olmaq, eləcə də milli biznesin inkişafına töhvə vermək əsas vəzifəmizdir. Eyni zamanda, hüquqi və fiziki şəxslərin müraciətləri əsasında istənilən növ daşınmaz və daşınar əmlakın, nəqliyyat vasitələrinin, biznesin və digər mülkiyyət növlərinin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa və digər qanunvericilik aktlarına əsaslanaraq beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə, müxtəlif metodlarlardan istifadə edərək qiymətləndirilməsini həyata keçirməsi şirkətimizin əsas məqsədləri sırasındadır. Məqsədimiz müştəri şirkətləri geniş sahələrdə mühasibat uçotu, audit, maliyyə və vergi planlaşdırılması və qiymətləndirmə xidmətləri ilə təmin etməkdir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız