Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu

0

Şirkət haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti 17 aprel 2015-ci il 109 saylı Qərarı ilə Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturlarının təkmilləşdirilməsi haqqında qərar qəbul edildi.Həmin qərarın 5-ci maddəsinə əsasən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilk İnstitutunun Biotexnologiya və xəstəlik-zərərvericilərinə nəzarət laboratoriyalarının və bioinformatika laboratoriyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu yaradıldı.Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu həm bitki mühafizəsi, həm də texniki bitkilərin, əsasən pambıq bitkisinin becərilmə texnologiyalarının təkmilləşdirilməsi, yeni hibrid və sortların yaradılması istiqamətində ən aparıcı rola malikdir.İnstitutda 60 nəfər elmi işçi, 91 nəfər texniki heyət fəaliyyət göstərir. Elmi işçilərdən 1 nəfər Cəfərov İbrahim Həsən oğlu aqrar elmlər üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, bir nəfəri – Tağıyev Ələddin Əlirza oğlu elmlər doktoru, dossent və 9 nəfəri fəlsəfə doktorlarıdır.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız