Inteltech MMC

IT & Development (Proqramlaşdırma), Marketinq və Satış
0

Şirkət haqqında

Inteltech MMC DİA Yazılımın Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkət DIA ERP-nin satışını, quraşdırılmasını və satış sonrası servisini həyata keçirir. Bundan əlavə şirkət Rəqəmsal Marketing həlləri, Veb Saytların və aplikasıyaların hazırlanması xidmətlərini də təklif edir.

DİA ERP Türkiyənin 17 illik təcrübəyə sahib qabaqcıl İT şirkətlərindən olan DİA Yazılımın məhsuludur. DİA ERP tamamən bulud texnologiyası üzərində yazılmış və bir çox fərqli sektorlara xitab edən modul və funksiyalara sahibdir. Ticari, Maliyyə və mühasibatlıq, İnsan Qaynaqları, İstehsal, Servis, Mağaza, Otel, Restoran və başqa modullar sayəsində şirkətinizin bütün proseslərini bir sistem daxilində idarə edə bilərsiniz. Eyni zamanda bu proseslərin bir çoxunu mobil tətbiq vasitəsilə də yerinə yetirə bilərsiniz.

Bulud (cloud) texnologiyası vasitəsilə Server, IT, avadanlıq və digər əlaqədar xərclərdən azad olaraq şirkətinizin böyüməsinə daha çox yatırım edə, bununla bərabər məlumatlarınızı Turkcell-in Məlumat Mərkəzlərində minimum qiymətə maksimum təhlükəsizlikdə saxlaya bilərsiniz. İnternetin olduğu hər yerdən və istənilən Əməliyyat Sisteminə malik cihazlardan (Windows, Linux, Mac, Android, IOS) rahatlıqla işlərinizi həll etməniz mümkündür.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız