Bakı ş., Nobel pr. 15, Azure Business Center, 23-cü m.
Şirkətimiz rəsmi olaraq 2018-ci ildə “RDC” MMC adı ilə Bakı şəhərində təsis edilmişdir. “RDC” MMC olaraq biz müxtəlif sektorlarda, kiçik, orta və böyük şirkətlərə Topdan ticarət,Konsaltinq üzrə xidmətlər göstəririk.Əsas missiyamız milli və beynəlxalq sahədə milli qanunvericiliyə və beynəlxalq standartların tələblərinə uyğun olaraq, müştərilərimizin biznes imkanlarının inkişafı üçün lazımi zamanda doğru resurslarla təmin edib, müştərilərimizə geniş spektrli xidməti həyata keçirməkdir. Müştərilərimizə yüksək keyfiyyətli xidmətləri ardıcıl və səmərəli şəkildə təqdim etmək işimizin uzunmüddətli uğuru üçün edə biləcəyimiz ən böyük sərmayədir. Ədalətlilik, Şəffaflıq, Yüksək keyfiyyət, Müştəri məmnuniyyəti, Mənfəətlilik, İşçilərin daimi inkişafı, Rəqabətlilik, Davamlılıq prinsipləri ilə müştərilərimizə dəyişkən iqtisadiyyat və mürəkkəb bazar şəraitində doğru həllərin, səmərəli yolların tapılmasına xidmət göstərməklə hər zaman dəstək vermək üçün çalışır, mövcud problemləri aşkarlayaraq, yüksək bilik və bacarığa malik olan etibarlı mütəxəssislər tərəfindən həll edirik. Dinamik bazar şəraitində fəaliyyət göstərərək maksimum mənfəət əldə etmək üçün uyğunlaşırıq. Yüksək keyfiyyət və müştəri məmnunluğunun ahəngini özümüzdə birləşdirir, peşəkarlıqla işlərimizi reallaşdırırıq. Gördüyümüz hər bir işdə ən xırda detala diqqət yetirir, bazar iqtisadiyyatının rəqabətli mühitinin tələblərinə cavab verə biləcək şəkildə fəaliyyət göstəririk. Geniş rəqabət bazarında keyfiyyət siyasətinə riayət edərək, böyük nüfuza sahib olmaq yolunda əmin addımlarla irəliləyirik.