Texnomart

0

Şirkət haqqında

Ultratek MMC adı ilə yarandığımız 1994-cü ildən fəaliyyətimizi Azərbaycan iqtisadiyyatının inkişafına yönəldərək məişət texnikası və elektronika bazarında öz layiqli yerimizi tutmuşuq. Hal-hazırda Arçelik və Arnica markalarının eksklüziv distribütoru olaraq pərakəndə, topdan və korporativ sahədə fəaliyyət göstəririk. Pərakəndə sektorda 2018-ci ilin sonunadək Ultratek MMC-yə məxsus mağazalar Arçelik adı altında tanınaraq inkişaf edib.2019-cu ildən etibarən mağazalarımızın adını “Texnomart”a dəyişməklə Arçelik və Arnica markaları ilə yanaşı: Samsung, Bosch, Indesit, Philips, LG, DemirDöküm, Tefal, Zimmer, Braun, HP, Lenovo, Xiaomi, Nokia, Artel və s. bir çox dünya markalarının məhsullarının satışını həyata keçirməyə başladıq. “Texnomart” olaraq müştərilərimizə geniş çeşiddə mobil telefon, televizor və digər elektronika məhsulları və məişət avadanlıqlarını həm birdəfəlik, həm də hissə-hissə ödəmə şərtləri ilə təklif edirik. Bundan başqa qeyd edək ki, texnomart.az saytından da hissə-hissə ödəmək imkanı ilə kredit alışı, həmçinin, BirKart və Tamkart kimi taksit kartları ilə məhsul sifarişi mümkündür.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız