“AzMikroİnvest” BOKT 2014-cü ilin aprel ayında təsis edilmiş və həmin ilin iyun ayında Azərbaycan Respublikasının Mərkəzi Bankından məhdud bank lisenziyasını alaraq mikromaliyyə fəaliyyətinə başlamışdır.
“AzMikroİnvest” BOKT-nin hədəf bazarı ölkəmizin bütün regionlarının sıx şəkildə məskunlaşmış məcburi köçkün və aztəminatlı ailələridir. Bu ailələrə məxsus bizneslərin inkişaf etdirilməsi və bu bizneslərdən əldə olunan gəlir hesabına həmin ailələrin sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün 2014-cü ilin avqust ayından etibarən mikrokreditlər ayrılmış və bu bizneslərin nəzərəçarpacaq dərəcədə inkişafına nail olunmuşdur. Kreditlər əsasən qrup təminatlı və şəxsi zaminliklə verilir.