“TTL” QSC şirkəti, 2009-cu ildən etibarən fəaliyyət göstərir.Yarandığı andan şirkətimizin devizi məşğul olduğumuz sahələrdə tərəqqinin önündə getmək olmuşdur. Şirkətimiz inşaat, tikinti, memarliq, elektrik kommunikasiya və bu sahələrə bağlı bütün iş kompleksini əhatə edərək,layihələndirmədən başlayaraq,istismara təhvil mərhələsinə kimi bütün işləri icra edir.Hal-hazirda, “TTL” QSC layihələrinin ən yüksək keyfiyyətini təmin etmək və bütün standartlara uyğun gəlməsi üçün, beynəlxalq inşaat sektoruna inteqrasiya edib, şirkətə xarici ölkələrdən mütəxəssislər cəlb edib.Yüksək nizam-intizam, keyfiyyətli iş, işə vicdanlı yanaşma, əmkdaşlıq və inkişafla ayaqlaşma bizim iş prinsipimizin mahiyyətini təşkil edir.