Ələddin Quliyev küçəsi 11/31, Babək Plaza 13-cü mərtəbə, Bakı, Azərbaycan, AZ1025
Müasir dünyada uğur əldə etmənin yollarından biri də, iş həyatındakı mövcud şərtləri üstünlüyə çevirə bilmək bacarığıdır. Bu üstünlüklərə yiyələnmək – doğru zamanda lazımi vasitələrdən düzgün istifadə etmək deməkdir. Sözsüz ki , böyük zəfərlərin bünövrəsinin qoyulduğu və yeni ideyaların yarandığı məkan sizin ofisinizdir. Hər bir iş adamı biznesinin uğurlu olması naminə, iş məkanına xüsusi önəm verərək, burada həm komfortlu işgüzar mühitin yaranmasını, həm də yüksək imicin formalaşmasını prioritet məsələlərdən hesab edir. Biz də, “İDEAL OFFİCE” şirkəti olaraq, məhz bu meyarları müştərilərimizə təklif edirik. Peşəkar və təcrübəli komandamız, 10 ildən artıq iş təcrübəsindən yararlanaraq, iş dünyasında sizi uğura aparacaq, rahat və erqonomik iş məkanlarının yaradılmasını qarşısına hədəf qoymuşdur. Fəaliyyətimizlə, daimi tərəfdaşlarımız olan müştərilərimizin, iş dünyasına dəyər qata bilmək imkanımız bizə qürur verir. Sizinlə işbirliyindən aldığımız zövq və müsbət enerji, hər zaman müasir, keyfiyyətli və estetik məhsul istehsal etməmizi və ən yaxşısına nail olmaq istəyimizi daim təzələyir.“ İDEAL OFFİCE“ şirkətinin ixtisaslı kadr heyəti, iş məkanınızda ehtiyac duyulan rahatlığın, işgüzar mühitin və statusunuza uyğun imicin yaranmasında daim sizə yardımçı olmağa hazırdır. “İDEAL OFFİCE“ – ofisiniz üçün hər şey