AZ1075, Azərbaycan, Bakı şəh., Əhməd Rəcəbli 156, ofis 63
Şirkətimizin əsası 2003-cü ildə qurulub. Şirkət yarandığı andan Azərbaycan İKT bazarında, daim yeniliklər tətbiq etməyi özünə missiya olaraq qoymuşdur. 2018-ci ildə şirkəti rebranding edərək, OPTİMA GROUP və loqosu OPTİMA ilə əvəzlənmişdir.OPTİMA GROUP – We do What We Love (biz sevdiyimiz işi görürük) şüarı ilə aktiv olan şirkət, qısa zaman ərzində Azərbaycan İT bazarında və biznes avtomatlaşdırma həlləri verən şirkətlərdən birinə çevrilərək, regionda B2C, B2B, B2G istiqamətlərində işlər görür. Biznesin müxtəlif sahələrində pərakəndə ticarət, ictimai-iaşə, anbar və loqistika, müəssisələrinin kompleks təchizatı və istehsalın avtomatlaşdırılması, mühasibatlığı və sair sahələrdə bu gün lider mövqelərdən birini tutur. Bu gün şirkət müştərilərə biznes mövqeyini möhkəmləndirməyə imkan verən müasir avadanlıq, şirkətin və xarici istehsalçıların proqram təminatını təklif edir.Bizim həllər Sizə müasir idarəetməyə və müəssisənizin növbəti mərhələyə yüksəlməsinə imkan verəcək. İxtisaslaşmış heyət, müştərilərlə iş əsnasında keyfiyyətin yüksək standartı, 19 illik iş təcrübəsi – bütün bunlar OPTİMA GROUP şirkətinin əsas dəyərləridir.