Bəşir Bünyatov küç.17A,
Azərbaycan ərazisində yüksək keyfiyyətli qənnadı məmulatlarının istehsalçılarından biri olan “Şirin” MMC qənnadı fabriki Sizi füsünkar dadlar dünyasına dəvət edir! Biz Sizlərə yüksək keyfiyyət standartlarına uyğun olan və müasir İSO standartlarına cavab verən qənnadı məhsullarımızı təqdim etməkdən şərəf duyuruq. Son 8 ildə şirkətimiz təkcə yerli bazarda deyil, respublikamızdan kənarda da yüksək keyfiyyətli məhsul istehsalçısı kimi tanınmağa müvəffəq olmuşdur. “Şirin” MMC qənnadı fabrikinin istehsal xətləri ən yüksək keyfiyyət göstəricilərinə cavab verən və yüksək istehsal gücünə malik avropa istehsalı olan müasir avadanlıqlarla təhciz edilmişdir. İstehsal tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Bizim məhsulların digərlərindən fərqi – istehsal prosesində ekoloji təmiz xammal və təbii qida qatqılarılarının istifadə olunmasıdır. Qənnadı məhsullarının istehsalında əsas xammal olan kakao məhsulları (kakao yağları, kakao tozu və s.) genetik dəyişikliyə malik qatqılardan azaddır. Fabrikin məhsulları qənnadı istehsalında böyük təcrübəsi olan mütəxəssislərimiz tərəfindən işlənib hazırlanır. “Şirin” MMC –nin məqsədi – bundan sonra da öz məhsul çeşidlərini genişləndirmək və müştərilərini hər zaman yeniliklərlə sevindirməkdir.