Jafar Jabbarli Street 44, Caspian Plaza, 5th floor, AZ 1065
Mikromaliyyə Azərbaycana 1990-cı illərin ortalarında Ermənistanla Dağlıq Qarabağ münaqişəsi zamanı qovulan 1,000,000 artıq məcburi köçkün və qaçqının iqtisadi tələbatlarının ödənilməsi strategiyası kimi təqdim olunmuşdur.1996-cı ildə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qeyri-hökümət təşkilatları ölkədə yerli və müharibədən ziyan çəkən əhali üçün iqtisadi imkanları artırmaq məqsədilə mikromaliyyə fəaliyyətinə başladılar. Davamlı inkışafa nail olmaq məqsədilə kredit xidmətlərinin göstərilməsində üzləşdikləri problemlər barədə müzakirələr etməyə və təcrübə mübadiləsini aparmağa başlamışdılar.Oktyabr 2001-ci ildə həmin təşkilatlararası fəaliyyət göstərən işçi qrupunun üzvləri, bir qrup direktor, donor və kredit proqramlarının rəhbərləri ölkədə mikromaliyyə fəaliyyətinin keyfiyyətini və təsirini artırmaq məqsədilə və eləcə geniş ictimaiyyətə mikromaliyyənin ölkə iqtisadiyyatında mühüm rolu haqda maarifləndirmə xarakterini daşıyan Azərbaycanda İlk İllik Mikromaliyyə Konfransını təşkil etmişdilər. Nəticəsi kimi, 10 Beynəlxalq Qeyri-Hökümət Təşkilatları Azərbaycanda mikromaliyyə sahəsinin maraqlarını təmsil edən işçi qrupunun fəaliyyət növlərini və statusunu təkmilləşdirmək məqsədilə Assosiasiyanın yaradılmasına dair qərar vermişdilər. 2001-ci ilin Dekabr ayının 19-da konfransda iştirak etmiş on, o cümlədən, ACDİ/VOCA, ADRA, FİNCA Azərbaycan, Norveç Humanitar Təşkilatı, Norveç Qaçqınlar Şurası, Mersi Korps Azərbaycan, Oksfam, Beynəlxalq Miqrasiya Təşkilatı, Uşaqları Qoruyun Təşkilatı və Dünyaya Baxış Təşkilatı Azərbaycan Mikromaliyyə Assosiasiyasını təsis etmək barədə Anlaşma Memorandumunu imzaladılar və təşkilatın ilkin nizamnaməsini tərtib etməklə yanaşı, onun missiyasını, məqsəd və məramını, fəaliyyət dairəsini, idarəetmə strukturunu müəyyənləşdirərək rəsmi olaraq Azərbaycan Mikromaliyyə Assosiasiyasının təsis edilməsini təmin etmişlər. Onlardan biri- Mersi Korps Azərbaycan- müştərilərə birbaşa olaraq mikromaliyyə xidmətləri göstərmirdi, lakin o, 6 illik, 45 milyon dollarlıq Azərbaycan Humanitar Yardım Proqramı üçün ayrılmış qrant vəsaitlərinin meneceri olduğu üçün AMFA-nın ən fəal üzvlərindən birinə çevrilmişdir. Bu proqramın komponentlərindən biri digər BQHT-lər vasitəsilə mikromaliyyə xidmətlərinin göstərilməsini nəzərdə tuturdu. Beynəlxalq sərmayədarların mikromaliyyədə güclənməkdə olan iştirakı mikromaliyyənin yüksəlməkdə olan nüfuzunun əksi və yoxsulluğun azaldılması və dünyanın yoxsulları arasında özünə inamın yüksəldilməsi üçün güclü vasitə kimi ümumilikdə qəbul edilməsidir. Məcburi köçkünlərin sıx məskunlaşdığı Dağlıq Qarabağa yaxın yerləşən bəzi regionlar və ya ölkədən təcrid olunmuş Naxçıvan Muxtar Vilayəti üçün mikromaliyyə proqramları insanların adi tələbatlarını ödəmək üçün mühüm əhəmiyyət kəsb edirdi.Beynəlxalq QHT-lər tərəfindən təşəbbüs edilmiş mikromaliyyə proqramları digər ən yaxşı təcrübə mikromaliyyə təşkilatlarını həvəsləndirdi. Qeyri Hökumət Təşkitları tərəfindən həyata keçirilən mikromaliyyə layihələri “ən yaxşı təcrübə” kimi mikromaliyyə institutlarının və yaxud bank olmayan kredit təşkilatlarının yaranmasına səbəb oldu. Son 20 il ərzində ölkədə olan mikromaliyyə təşkilarının sayı artaraq mikromaliyyə sektorunu iqtisadi inkişaf prosesində əsas işitrakçılardan birinə çevirmişdir. Hazırda maliyyə bazarında 45 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.