Azerbaijan, AZ 0118, Аbsheron r., Mekhdiabad q., Dostlug k., 1
"Abşeron-Şərab" ASC Azərbaycanda aparıcı şərab və spirt istehsalçılarından biridir. Əsası 1967-ci ildə qoyulmuş Mehdiabad Üzüm Emalı müəssisəsi 2003-cü ildən "Abşeron-Şərab" ASC kimi yenidən fəaliyyətə başlamışdır. Müəssisədə ən müasir Avropa avadanlıqlarından istifadə olunur. Xammal istehsalını və saxlanmasını təkmilləşdirmək məqsədi ilə müəssisədə zirzəmilər tikilmiş, palıd çəlləklər, şüşə və paslanmayan polad emallı çənlər təchiz olunmuşdur.2009-cu ildə Fransanın "Richter" şirkətindən üzümün texniki çeşidlərinin toxumları alınmış və şərabçılıq sənayesində ən əlverişli bölgələr sayılan Qazax və Ağstafa rayonlarında 70 hektar sahədə üzüm bağları salınmışdır. Hazırda gənc yaşına baxmayaraq bu bağlarda bol məhsul yetişdirilir.Bu gün şirkət 70-dən çox məhsul istehsal edir, o cümlədən, şərab, konyak, araq, viski, likyor, şampan və meyvəli araqlar. İstehsal potensialı ayda 1,5 milyon şüşə qədərdir.