Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keyfiyyətli və sistemli təhsilin inkişafı məqsədilə 2010-cu ildə Xudaqulu Əhət oğlu Rzayev tərəfindən Evrika liseyi adlı müasir təhsil müəssisəsi yaradıldı, 2011-2012-ci ildən isə Evrika liseyi tədris fəaliyyətinə başladı.