Heydər Əliyev pr., 115, Sport Plaza
Reklam, Xidmət
OliveAds Construction & Advertising reklam-istehsalat şirkəti 2012-ci ildən etibarən ilk mərhələdən son müştəri məmnuniyyətinədək bütün növ reklam məhsullarının istehsalı üzrə ixtisaslaşmışdır. OliveAds Construction & Advertising geniş spektrli xidmətlər təklif edir. Reklam sahəsində ən müxtəlif işlərlə yanaşı, mütəxəssislərimiz qaynaq-montaj və təmir-tikinti işlərini, müxtəlif növ metal kəsmə (lazer, plazma, frazerli və s.), metal lövhənin bükülməsi, istənilən formalı məmulatların toz boyanması işlərini həyata keçirirlər. Daima yenilənən avadanlıqlar və istehlak materiallarının çatdırılması OliveAds Construction & Advertising şirkətinin ixtiyarındadır. OliveAds Construction & Advertising komandası yalnız reklam məqsədlərini deyil, ən cəsarətli və qeyri-adi konstruksiyaları da reallığa çevirmək bacarığına malikdir. Biz qeyri-standart küçə və obyekt interyerlərinin tərtibatını təklif etməyə hazırıq. Şirkətimizin təcrübəli dizaynerləri istənilən ideyaları həyata keçirmək, sizin üçün korporativ üslub işləyib-hazırlamaq, unikal loqotip hazırlamaq bacarığına malikdirlər. OliveAds Construction & Advertising şirkətinin peşəkarları, müştərinin bütün istəklərini nəzərə almaqla, istənilən məzmunlu tədbirin tərtibatını öhdələrinə götürə, eyni zamanda öz konseptlərini də təklif edə bilərlər.
Bizim əsas iş prinsiplərimiz:
Effektivlik;
Etibarlılıq;
Peşəkarlıq;
Novatorluq;
Müştərinin istəklərinə istiqamətlənmə;
Yüksək keyfiyyətli xidmət.
OliveAds Construction & Advertising şirkətinin mütəxəssisləri reklam bazarına bələd olmaqla, peşəkarlıq və çoxillik təcrübə sayəsində, hər bir konkret vəziyyətdə müştəriyə onun tələbatına uyğun olan optimal variant təklif edə bilirlər.