“Milk - Pro” MMC 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilmişdir.
İlk əvvəllər şirkət müalicəvi- diyetik süd məhsulları (bifido və laktobakteriya əsasında) istehsalı üzrə ixtisaslaşmışdı. Əlbəttə bu addım qabaqcadan düşünülmüşdü. SSRİ-nin dağılmasından sonra Azərbaycan ərazisində ortaya çıxan hərbi münaqişələr ilə əlaqədar olaraq ölkədə dərman çatmamazlığı və sanitar-gigiyenik tələblərin pozulması, qaçqınların köçdüyü ərazidə dizbakterioz epidemiyası təhlükəsini yaradırdı.
Fəxrlə qeyd edə bilərik ki, o dövrdə, məhz “Milk - Pro” MMC - nin məhsulları bu problemlə mübarizədə əvəzsiz rol oynayırdı.