Golden Coast Hotel

0

Şirkət haqqında

Heydər Əliyev Hava Limanı şəhərin mərkəzindən 25 km məsafədə yerləşir. Normal şətrlər altında bu 35 dəqiqəlik yoldur, lakin günün müəyyən saatlarından asılı olaraq, bu yol daha az vaxt ala bilər. Bu səfəri mümkün qədər rahat etmək məqsədilə, Golden Coast Hotel Baku öz qonaqlarına lüks limuzinlər təklif edir və Xəzər dənizi sahili ilə mehmanxanaya və geriyə hava limanına ən maraqlı marşrutlardan birini seçir (nəqliyyatın vəziyyətindən asılı olaraq). Xüsusilə, uzun davam edən təyyarə səfərindən sonra qonaqların rahatlığını tam təmin etmək üçün seçilmiş marşruta magistral avtomobil yolu ilə müqayisədə daha az vaxt sərf olunur. Bizim avtomobillərimiz dəri oturacaqlarla təchiz edilib və hətta arxa oturacaqlar da geri çəkilə bilər. Burada əl ilə idarə, sizin zövqünüzə uyğun musiqi seçimi, soyuq/isti dəsmal xidməti, yüngül içkilər və siz mehmanxanaya çatana qədər otaq xidmətini avtomobildə olarkən sifariş etmək imkanı da yaradılıb. Bizim ingiliscə danışan sürücülərimiz sizi qəbul terminalında qarşılayır və yükünüzdə sizə köməklik edir. Təcrübəli sürücülərimiz sizi ən rahat və təhlükəsiz səfərlə təmin etmək üçün təlim keçmişlər.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız