“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının məqsədləri aşağıdakılardır:
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanın tətbiqi ilə əlaqədar dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq.
Korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq.
Dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq.
Ölkədə iqtisadiyyatın tarazlı, rəqabətqabiliyyətli və dayanıqlı inkişafını təmin etmək.
Uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun bir sıra tədbirləri həyata keçirmək, o cümlədən mövcud təbii və iqtisadi resursları təsərrüfat dövriyyəsinə cəlb etmək, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan əmlakları daha səmərəli idarə etmək.
Qeyri-neft sektorunun inkişaf sürətini artırmaq, regionlarda və bütövlükdə respublikada yeni iş yerlərinin açılması ilə işsizliyi aradan qaldırmaq, əhalinin maddi-rifah halının yüksəldirməsini təmin etmək.