Binəqədi şossesi 12, Rəsulzadə qəsəbəsi Bakı Azerbaijan
2000-ci ildən etibarən fəaliyyət göstərən və öz iş prinsipində müştəri məmnuniyyətini əsas tutan Akabe inşaat sahəsində keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə qürurla təqdim edir. İnşaat materiallarının istehsalı və satışı ilə müştərilərinə yüksək keyfiyyətli xidmət göstərən Akabe inşaat Avropa və Asiyanın tanınmış brendlərinin Azərbaycandakı rəsmi distribüteridir. Akabe adları sadalanan məhsul çeşidlərinin satışını reallaşdırır.Həmçinin Akabe, distribyutorluq etdiyi brendlərin inşaat məhsullarından başqa öz istehsal etdiyi məhsulların da satışı ilə məşğul olur və eləcə də yerli istehsalçı olan Gilanla da əməkdaşlıq edib. Uzun illər təcrübəli brendlərlə yaxından əməkdaşlıq bizə qabaqcıl ölkələrin istehsal təcrübəsini mənimsəməyə şərait yaratmışdır. Yeni texnologiyaları yerli istehsala tətbiq edərək alıcılarımızın etibarını qazanmışıq. Məqsədimiz daxili bazarı münasib qiymət və keyfiyyətlə təmin etməkdir. Şirkətimizin tərkibinə "Akabe Mebel", "Akabe PVC Lambir" və "Akabe Mozaika və Kəsmə" fabrikləri də daxildir. Bizim fabriklərdə qabaqcıl texnologiyalardan istifadə, keyfiyyətli xammal seçimi, yerli və xarici mütəxəssislərdən ibarət peşəkar işçi komandası ilk sıralarda olmağımızı təmin edən əsas səbəbdir. Biz, yeniliklərə tez uyğunlaşan, beynəlxalq təcrübəni yerli istehsala tətbiq edən, model sırasını mütəmadi olaraq zənginləşdirən, müştəri məmnunluğunu ən vacib amil hesab edən bir şirkətik.