Allprint

Əlövsət Quliyev küçəsi 133 AZ1095 Bakı, Azərbaycan

0

Şirkət haqqında

Şirkətimiz rəsmi olaraq 2014-cü ildən fəaliyyətə başlamışdır. Bu müddət ərzində bu adın doğrulması, operativ poliqrafiya bazarında aparıcı mövqeni tutması üçün səmərəli fəaliyyətini iri addımlarla davam etdirir. Allprint şirkəti praktiki olaraq hər bir tapşırığın öhdəsindən gələn, yüksək keyfiyyət və münasib qiymətin ahəngini özündə birləşdirən peşəkar ixtisasçıların komandasıdır. Bizim fəaliyyətimizin əsas məqsədi müştərilərimizlə uzun müddətli, faydalı əlaqələr qurmaq və inkişaf etdirməyə yönəlmişdir. Sifarişi yerinə yetirərkən kompleks yanaşmanın mövcudluğu müştərilərimizə vaxtına və puluna qənaət etməyə imkan verir. Biz maksimum peşəkarlıq göstərərək hər hansı bir istəyi reallaşdırmağa çalışırıq. Bu məqsədlə fəaliyyətimizdə yeni istiqamətlər kəşf edib, öyrənirik. Müştərilərimizə geniş spektrli reklam xidmətinin göstərilməsi məqsədilə çap işləri sahəsində yeni texnoloji həllərin daim axtarışındayıq. Bu məqsədlə yeni avadanlıqlar alınmış və onların miqyaslı tətbiqinə başlanmışdır. Avropanın tanınmış kağız brendlərində olan Koehler, Lana, Conqueror, Fedriqoni kimi şirkətlərdən 100-dən artıq kağız növü idxal edən şirkətimiz sizə çap məhsullarınızın tam fərqli görünməsinə şərait yaradır.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız