Alliance Law & Consulting

Bakı, Nizami rayonu, H.Əliyev pr. 152, Çinar Plaza Business Centre AZ1029

0

Şirkət haqqında

ALC (Alliance Law & Consulting) bütün növ hüquqi xidmətlər göstərən Azərbaycan hüquq və konsaltinq şirkətidir. Biz əsasən əmək və miqrasiya hüququ, kommersiya və korporativ hüquq, daşınmaz əmlak, vergi qanunvericiliyi, mühasibatlıq, həmçinin Azərbaycan Respublikasında hüquqi şəxslərin yaradılması və fəaliyyətinə hər-tərəfli hüquqi dəstək və konsultasiyanın verilməsi sahəsində ixtisaslaşmışıq.Biz yalnız Azərbaycanda deyil, həmçinin xarici ölkələrlə bağlı olan müxtəlif növ fərdi və korporativ hüquqi mübahisələrin həlli ilə məşğul olur, xarici fiziki şəxslərə ailə, əmək münasibətləri, miqrasiya, vərəsəlik, xarici məhkəmə qərarlarının tanınması və icrası istiqamətində hüquqi məsləhətlər verir və hüquqi təmsilçilik xidmətlərini həyata keçiririk.ALC Azərbaycanda praktiki biznes hüququ sahəsində 15 ildən çox təcrübəsi olan hüquqşünaslar və vergi məsləhətçiləri tərəfindən təsis edilmişdir. Bizim komandamız Qərb təhsillidir və biznes əməliyyatlarının beynəlxalq standartları və beynəlxalq hüquq aspektləri sahəsində təcrübəlidirlər.Yerli qanunvericiliyin dərindən bilinməsi, məhkəmə işi və praktikası, dövlət orqanlarının yanaşması ilə yaxından tanışlıq, biznes təşviqi islahatlarında iştirak və biznesin dövlət qurumlarında təmsil olunması bizim fəaliyyətimizin əsas aspektini təşkil etmişdir. Bizim komandamızın üzvləri əvvəllər yerli və xarici şirkətlərdə, müxtəlif dövlət orqanlarında, beynəlxalq layihələrdə, banklarda və hüquq şirkətlərində çalışmış və yüksək təcrübəyə malik olan peşəkar mütəxəssislərdən formalaşmışdır.Beynəlxalq layihələrdə uğurla fəaliyyət göstərən şirkət olaraq biz, bir sıra aparıcı regional və beynəlxalq hüquq və konsaltinq firmaları ilə əlaqələr yaradaraq onlarala sıx əməkdaşlıq edirik.

Aktiv vakansiyalar

1 vakansiya

 
  • 2000 - 2500 AZN

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız