Mr.Fix

Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ev 7. AZ1053, Bakı/Azərbaycan

0

Şirkət haqqında

Kartaş MMC 2000-ci ildə təsis edilmiş və Mr.Fix markası ilə tikinti kimyəviləri istehsalına başlamışdır. Ölkənin bu sektorda fəaliyyət göstərən ən qabaqcıl şirkətlərindən olan Kartaş MMC daima məhsul çeşidinin artırılmasına və mövcud məhsulların təkmilləşdirilməsinə önəm verir.Kafel və keramika yapışdırıcıları, ara dolğuları, su izolyasiya materialları, hazır suvaqlar, təmir materialları istehsalı ilə fəaliyyətə başlamış, daha sonrakı illərdə hazır beton sənayesi üçün kimyəvi qatqılar və binalarda enerji effektivliyinin təmin olunması üçün istifadə edilən termo izolyasiya materiallarının istehsalına başlamışdır.Mr.Fix məhsulları ən son texnoloji avadanlıqlarla, tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. Şirkətimiz inşa edilən hər bir tikilinin insanların rahatlığı, təhlükəsizliyi baxımından önəm daşıdığını bilərək, keyfiyyət meyarını daima önə çəkir. İstehsal olunan məhsullar Mr.Fix-in keyfiyyət laboratoriyalarında mütəmadi olaraq yoxlanılır və araşdırılır. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi və yerli standartlarla fəaliyyət göstərir. Eyni zamanda şirkətimiz istehsal etdiyi məhsulların Avropa standartları normalarına cavab verməsini təmin edir.Mr.Fix peşəkar mütəxəssisləriylə, yaradıcı və yenilikçi düşünən əməkdaşlarıyla sektorun ehtiyaclarını vaxtında müəyyən edir və ekoloji sağlam məhsulları ilə insanlara etibarlı həll yolları təqdim edir.Mütəmadi olaraq işçi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlik fəaliyyət göstəririk. Bacarıqlı, etibarlı və peşəkar mütəxəssislərlə insanların işlərini daha səmərəli və rahat görə bilmələri üçün durmadan çalışırıq.Mr.Fix etibarlı məhsullarıyla hər bir müştərinin tələbinə cavab verən məhsul və xidmətlərlə, müştəri məmnunluğunu qoruyub saxlayır! Gələcək nəsillərin daha ekoloji sağlam məkanlarda yaşamaları üçün çalışır!

Aktiv vakansiyalar

3 vakansiya

 
  • 1000 - 2000 AZN

 
  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız