D-Group Production

İ. Qutqaşınlı, 50/60A, giriş №1, 17

0

Şirkət haqqında

D Group İDEYADAN, BİZİM İDEYADAN başladı. Məramımız hər bir reklam layihəsini həyata keçirə biləcək reklam şirkətinin yaradılması idi. Elə bir reklam şirkəti barədə fikirləşirdik ki, reklamın yaradılmasından istehsalına qədər bütün işlərin öhdəsindən gələ bilsin. Layihələndirmə, dizayn, istehsal və montaj – heç bir mərhələ “bunu isə başqasına sifariş verin” ifadəsi ilə kəsilməsin. Yəni kağızdakı cızma-qara istehsal və yerləşdirməni keçməklə yekunda reklam məhsuluna çevrilə bilsin. Uzaq olmayan 1998-ci ildə bu, praktiki olaraq, mümkünsüz görünürdü. Reklam bazarında keyfiyyətli və yaradıcı işdə maraqlı olan, barmaqla sayılası dərəcədə az, şirkət var idi. Bu isə səylərimizə marağı, uyğun olaraq da, mümkün rentabelliyimizi sual altına salırdı. Amma biz inkişaf etmək, ziyanımıza da olsa irəli getmək və müştərilərlə iş üçün bir neçə qayda müəyyən etmək qərarına gəldik.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız