AİST Group

Bakı ş., Nəsimi r., Həsən Əliyev küçəsi, 2C (yeni ünvan reyestri ilə 32)

0

Şirkət haqqında

AİSTGroup MMC 2011-ci ildə təsis edilmişdir. Şirkət, əsasən, İT və şəbəkə avadanlıqlarının quraşdırılması, idarəedilməsi və texniki dəstək xidməti, informasiya sistemlərinin və internet informasiya ehtiyatlarının istehsalı, e-xidmətlərin işlənib hazırlanması, eləcə də dövlət informasiya ehtiyatlarının inteqrasiyası sahələrində ixtisaslaşmışdır.Şirkət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti kimi dövlət qurumlarında bir sıra uğurlu layihələr həyata keçirmişdir.Fərəhləndirici haldır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilmiş VEMTAS layihəsi ("Ünvanlı yardım" altsisistemi) Birləşmiş Millətlər Təşkilatı tərəfindən Cənub-Cənub Əməkdaşlığı çərçivəsində paylaşılması və digər Cənub ölkələrində də tətbiqi məqsədəuyğun olan müasir və səmərəli, şəffaf iş mexanizmləri kimi qəbul edilmişdir. Bu altsistem qabaqcıl təcrübə kimi BMT-nin "Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər" adlı portalında yerləşdirilmişdir. Eyni zamanda, Dünya Bankının ekspert qrupunun müraciəti nəzərə alınmaqla həmin təşkilatın Vaşinqton şəhərindəki (ABŞ) mərkəzi ofisi üçün VEMTAS-ın videokonfrans vasitəsilə geniş təqdimatı da keçirilmışdir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız