Həsən Əliyev 38
Yerli şirkət olan SAB (Zəhmət-Ruzi MMC) 1998-ci ildə yaradılmışdır. Müəssisə 3 hektar ərazini əhatə edir. Şirkətin ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, istehsalat sexləri, anbar və daşıma sistemləri var. "SAB"da müxtəlif sahələr üzrə 310 mütəxəssis çalışır. Dürüstlük, işgüzar mühit, peşəkarlıq, zəhmətkeşlik və vətənpərvərlik bizi bir ailə olaraq birləşdirir.
Şirkəti istehsalatını iki sahəyə, yəni hazır qida və süd məhsulları istehsalına sərf edir. “SAB” İslam qaydalarına uyğun istehsal olunan, ekoloji cəhətdən təmiz, beynəlxalq standartlara uyğun qida və süd məhsulları Azərbaycan istehlakçılarına təqdim olunur. Faydalı maddələr və minerallarla zəngin məhsullarımız sağlam qidalanma üçün ən doğru seçimdir.