Caetano Distribution

Həsən Əliyev küçəsi 3C, AZ1078 Bakı, Azərbaycan

0

Şirkət haqqında

“Caetano Distribution” Azərbaycan bazarında kompüter avadanlığı, elektronika, mobil aksesuar, o cümlədən smart məişət texnikasının təchizatı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biri sayılır."Caetano Distribution" 2013-cü ildə "Caetano Group" şirkətinin tərkibində yaradılmışdır. Şirkətin tarixcəsi dörd nəfərdən ibarət olan işçi heyətindən başlanmışdır. Hal hazırda komandamızın tərkibi beş qat artıb və burada çalışan hər bir əməkdaş öz sahəsinin peşəkarıdır.Bazarda fəaliyyət göstərdiyimiz illər ərzində məhsul portfelimiz “HP”, “Asus”, “Kyocera”, “Defender”, “Anker”, “Teltonika”, “Patriot Memory”, “Hyundai technology” və s. kimi aparıcı beynəlxalq brendlərin əlavə edilməsi ilə genişləndirilmişdir.Şirkət dinamik kompüter avadanlığı bazarında fəal inkişaf edən etibarlı biznes tərəfdaş kimi artıq özünü sübut edib. Əsas məqsədlərimizdən biri tərəfdaşlara yüksək səviyyətli xidmət və rəqabətli qiymətlər təqdim edərək dürüst kommersiya siyasətini həyata keçirməkdir. Uğurumuzun əsas açarı isə tərəfdaşlarımız tərəfindən aparılan fəaliyyətdə uğur qazanmaqlarıdır.Əməkdaşlıq etdiyimiz təchizat və tərəfdaş şirkətləri arasında sıx əlaqələrin davam etdirilməsini təmin edən şirkətimiz, geniş çeşidli və yüksək keyfiyyətli məhsul və xidmətlər, həmçinin əməkdaşlıq üçün əlverişli şəraitin yaradılmasını və distribyutor kanalların genişləndirilməsini təmin edərək Azərbaycan bazarında liderliyini möhkəmləndirməkdə davam edir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız