2004-cü ildə “SAF FARMA” artıq Bakı şəhərində apteklər şəbəkəsini yaratmaqla yanaşı, marketinq fəaliyyətinə də start verir. Çox keçmədən komandamızın uğurlu səyləri nəticəsində əhatə dairəmiz genişlənərək respublikamızın bütün regionlarını əhatə edir. Bu gün intensiv inkişafımız, xarici ölkələrdə də, fəaliyyətə başlamağımıza sövq etmişdir. Belə ki, artıq Gürcüstan Respublikasında şirkətimiz uğurlu fəaliyyətinə başlayıb.