Binəqədi rayonu, Svetlana Məmmədova küç. 203C, AZ1113, Bakı, Azərbaycan
Aqualink şirkəti su kimyəvi vasitələrinin hazırlanması (istehsalı) sektorunda, o cümlədən içməli su dezinfektantları, qazanxana, soyutma sistemi üçün kimyəvi əlavələr, səth dezinfektantları və CİP təmizliyi sahəsində uzun illik təcrübəsi olan bir müəssisədir. Müəssisənin istehsalı olan bir çox məhsul patentləşdirilərək istifadə və istehsal hüquqları qorunur. Elmi araşdırmalar və sınaqlar nəticəsində bir çox mühüm kəşflər edilmişdir.Hazırda AquaLink şirkəti Amerikanın, Avropanın və Türkiyənin bir çox şirkətlərinin məhsullarının Azərbaycan bazarında satışını və texniki xidmətlərini gerçəkləşdirir. Su təmizləmə, hazırlama və dezinfeksiya sistemlərinin layihələndirilməsi sahəsində xidmətlər göstərən və dünya bazarında geniş paya malik ən aparıcı şirkətlərin ölkəmizdə təmsilçiliyini həyata keçirir. Referanslar bölməsində əməkdaşlıq etdiyimiz şirkətlərin bir qismi ilə tanış ola bilərsiniz.