Amazon Travel Club

Bakı şəhəri, Bülbül pr. 40, Manaflı Plaza

0

Şirkət haqqında

Amazon Travel Club şirkəti 2018-ci ildə turizm sahəsində böyük təcrübəyə malik olan mütəxəssislər tərəfindən yaradılmışdır. Şirkətimizdə peşakar işçilər çalışır ki, bu da öz növbəsində müştərilərə daha yüksək servis gostərmək imkanı yaradır. İşçi seçimi bir çox peşəkar və mənəvi meyarlar əsasında qurulur. Mütəşəkkil işçilərin vahid komandasının yaradılmasında mühüm rol oynayır. İşçilərin yüksək peşəkarlığı müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinə imkan yaradır. Şirkət müştərilərinə dünyanın səyahət xidmətlərinin tam çeşidini təklif edir: biletlərin sifarişi (həmçinin onlayn sifariş) otel sifarişi, transfer sifarişi, turların təşkili (ekskursiya, terapevtik, balayı, qış turizmi, uşaqlar üçün yay düşərgələri, və s.), xaricdə və ya Azərbaycanda qrup və fərdi turların təşkili, viza xidmətləri, korporativ tədbirlərin, konfransların təşkili, MICE – xidmətlər, yük daşıinmaları, çarter reyslərinin təşkili Korporativ müştərilər tərəfindən daxil olan sifarişlərin hazırlanması zamanı şirkətin başlıca məqsədi sifarişin qısa müddətdə yerinə yetirilməsi və müştərinin səfər büdcəsinə qənaət etməkdir. Təcrübəli əməkdaşlar və güzəştli tariflər (eksklüziv qiymətlər, partnyor proqramları, dənizci tarifləri və s.) şirkətin qarşısına qoyduğu məqsədlərə çatmağa və müştərilərin inamını doğrultmağa imkan verir. Viza/Nəqliyyat üzrə aşağıdakı xidmətləri təklif edir: Azərbaycanda əcnəbilər üçün dəvətnamə məktublarının hazırlanması. Azərbaycan ərazisindəki əcnəbilər üçün vizalarının təcili təşkili. H.Əliyev adına hava limanı və digər ölkələrin hava limanlarında VİP-xidmətin göstərilməsi (110-a yaxın dünya hava limanlarının 150-ə yaxın VİP gözləmə otaqları). Amazon Travel Club həmçinin Sizə və Sizin qonaqlarınıza qarşılama və yola salma xidmətlərini təqdim edir.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız