Xətai ray, Babək pr. 64
Merinos fabrikinin 80 ilə yaxın yaşı var. 1938-ci ildə Bursada açılmış, əvvəlcə tekstil fabriki kimi fəaliyyətə başlamış Merinos sonralar Türkiyənin ən böyük xalça və mebel brendinə çevrilmişdir. Merinos Türkiyə tarixi üçün həm də rəmzi məna kəsb edir. Bu fabrikin yaradılmasında Türk dünyasının atası Mustafa Kamal Atatürkün mühüm xidmətləri olub. Fabrikə Merinos adının verilməsi də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adıyla bağlıdır. Mustafa Kamal Paşa fabrikə Merinos adını qoymaq qərarına necə gəldiyini belə açıqlamışdır. “Merinos – öztürkcə bir kəlmədir və incə, uzun yun mənasını verir. İspaniyaya gedən İber türklərinin qoyunları və yunları bu adla adlandırılmışdır. Bu səbəbdən Merinos bu fabrik üçün çox uyğun bir addır”.