1995-ci ildən öz fəaliyyətinə başlayan BAKU SERVICE COMPANY şirkəti artıq 23 ildən çoxdur ki, müştərilərin xidmətindədir.
Fəaliyyətinə NAB adı ilə başlayan Servis Mərkəzi 1998-ci ilə qədər bu adla fəaliyyət göstərmişdir. Yalnız 1mühəndis ilə fəaliyyətinə başlayan şirkət sonradan öz işçi sayını 4 nəfərədək artırmışdı. Hal-hazırda isə işçi güvvəsi 200 nəfərdən artıqdır. Servis mərkəzi SAMSUNG firmasının istehsalı olan məişət cihazlarından əlavə müxtəlif markalı xırda və iri cihazların təmiri ilə də məşğul olurdu.