Azərbaycan, Bakı şəh., Nizami rayonu, Keşlə Qəsəbəsi, 2-ci eninə 2, AZ1031
Bu gün Veysəloğlu Şirkətlər Qrupu 19 minə yaxın əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun ən iri işəgötürənlərindən biridir.Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Həmin ilin 5 noyabr tarixində Türkiyədən tır ilə Azərbaycana biskvit-peçenye kateqoriyasında ilk idxalı həyata keçirməklə "Veysəloğlu" MMC distribütor şirkətinin əsası qoyulub. Şirkət hazırda 20-dən artıq ölkədən 130-dan çox marka ilə 2500 çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. "Veysəloğlu" MMC qida məhsullarının distribusiyası və pərakəndə satışı üzrə aparıcı mövqeyə malikdir.