D.Əliyeva küçəsi, 21, Mingəçevir AZ4500, Azərbaycan
Təhsil sahəsi
Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılıb. Əsası 1991-ci ildə qoyulmuş Universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib.
2022-2023-cü tədris ilində Universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 31 ixtisas (bakalavriat) və 15 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakültənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 3000-dən artıq tələbə və magistrant təhsil alıb. 8 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
350-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı var. Bundan əlavə, hazırda Universitetdə Türkiyənin Qazi Universitetindən 1, Ankara Hacı Bayram Vəli Universitetindən 1 professor fəaliyyət göstərir.