Merit Brand” MMC - ən son avadanlıq növləri ilə təchiz olunmuş müasir istehsalat müəssisəsidir. İngilis dilindən tərcümədə, Merit sözü ləyaqət, üstünlük, keyfiyyət deməkdir. Verilmiş ad, müəssisənin mahiyyətini, onun istehsalat qabiliyyətini, gücünü və yeniliklərdən istifadə etmək qabiliyyətindən ibarət olan xüsusiyyətləri tam əks etdirir. “Merit Brand” zavodu, 2007-ci ildə Azərbaycan Respublikasının Şabran qəsəbəsi, Böyük Qafqaz dağlarının ətəyində və Xəzər dənizinin sahilində yerləşən Uzun Boyat kəndinin ərazisində yaradılıb