“İntermak Group” MMC 2017-ci ildə qurulmasına baxmayaraq qısa zamanda öz sektrounun əsas şirkətlərindən birinə çevrilmişdir. Şirkətimiz dünyanın 10 böyük forklift və anbar avadanlıqları istehsalçısından biri olan “ANHUİ HELİ Co. Ltd.”-nin Azərbaycanda rəsmi nümayəndəsi olub geniş satış, icarə və servis şəbəkəsi ilə xidmət göstərməkdədir. Regionun əsas logistika və sənaye şirkətlərində 1 tondan 45 tona qədər yükqaldırma qabiliyyəti olan müxtəlif HELİ forkliftləri böyük rəğbət görməkdədir.