Bakı şəhər AZ 1025, Xətai rayonu, 1131 -ci məhəllə, Babək prospekti 10G.
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir.2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin və Hollandiyanın “AA Servicess” şirkətinin təsisçiliyi ilə “AAS-EKOL” MMC yaradılmışdır. MMC 01.02.2010-cu il tarixində dövlət qeydiyyatından keçərək tullantıların idarə olunması sahəsində fəaliyyətə başlamışdır.