Soyuz Aqro Kontrakt MMC

Azerbaijan, Gusar

0

Şirkət haqqında

“SOYUZAQROKONTRAKT” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-ci ilin mart ayında kənd təsərrüfatı mallarının istehsalı, tədarükü və satışı məqsədi ilə təsis edilmişdir. Günümüzdə həm məhsulun həcmi, həm də keyfiyyətinə görə kənd təsərrüfatında əhəmiyyətli yerə malik olan meyvəçilik sektorunda qabaqcıl təcrübəyə malik “SOYUZAQROKONTRAKT” MMC bu sahədə pioner şirkətlərdəndir. Şirkətin əsas məqsədi istehlakçıların yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsidir. Bunun üçün şirkət öz işinin təşkilində yüksək standartlar müəyyən etmiş və işini həmin standartlar əsasında qurmaqdadır. Belə ki, istehsal edilən hər bir meyvə növü ekoloji cəhətdən safdır və pestisid nəzarətinin bütün tələblərinə cavab verir. Çeşidləmə və qablaşdırma nəticəsində isə istənilən alıcının istək və zövqü nəzərə alınır. “SOYUZAQROKONTRAKT” MMC hər zaman mütəxəssislərimizin peşakar olması üçün onların təcrübələrinin artırılmasına xüsusi diqqət yetirir. Bundan başqa, bu sahədə fəaliyyət göstərən və eyni zamanda dünya miqyasında qabaqcıl təcrübəyə malik olan şirkətlərin təcrübələri sistemli şəkildə öyrənilir. Yeni hədəflər və yeni nailliyyətlər əldə etmək üçün kənd təsərrüfatında istifadə olunan müasir texnika və avadanlıqların, xarici tinglərin ölkəmizə gətirlməsinə və əkilməsinə nail ola bilmişik. Hal hazırda 300 hektardan çox müxtəlif sortları əhatə edən alma, gavalı, gilas, şaftalı, ərik və xurma bağları mövcuddur. Bunlardan əlavə Xırdalan şəhərində 2700 ton, Qusar rayonunda isə 12000 ton istehsalat gücləri olan 2 logistik mərkəzimizfəaliyyətdəir. Bağlarda Fransa və İsrayıl suvarma sistemləri quraşdırılmışdır. Bundan savayı, coxlu sayda Avropanın öndə gələn şirkətlərinin istehsalı olan, traktorlar , platformalar, yükləyicilər, 15 növdə olan bağçılıqda istifadə edilən torpaq və torpaq üstü aqreqatlar, və ən əsası, 2 komplektləşmiş çeşidləmə qurğusu mövcuddur.2015-ci mövsüm ilində 9000 tona yaxın ümumi meyvə yığımı proqnozlaşdırılır. Hal-hazırda şirkətimiz tərəfindən “Royal Gala”, “Golden”, Braeburn, Red Chief, Granny Smith, Fuji, Jonagold, İdared, Ariane, Joya, və yerli sortlar Qəndi Sinab, Beliy Naliv alma sortları -TC Sun, October San , Ruby, Crunch, Sapphire, Grenadine gavalı sortları yetişdirilir. Almalar “Qusar” markası ilə bazara çıxarılır. Artıq neçə ildir ki, biz vətəndaşlarımızın keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində böyük addımlar atmışıq. Hər addımımızda məqsədimizə bir az daha yaxınlaşdığımızı düşünür və bununla qürur duyuruq. Azərbaycanda gedən dinamik iqtisadi inkişaf şirkətimizin fəaliyyətinə də öz müsbət təsirini göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında fərman imzalamasından ruhlanaraq, fəaliyyətimizi daha da geniş miqyasda davam etdiririk.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız