MAN-G Design and Construction MMC

0

Şirkət haqqında

“MAN-G Design and Construction” yüksək peşəkarlıq və təcrübə ilə uzun illərdir ki, Azərbaycan inşaat sektorunda çox yeniliklərə və ilklərə imza atmışdır. Belə ki, 90-cı illər ərzində paytaxt Bakı və yaxın regionlarda tikilən bir çox dövlət-strateji obyekt, idarələr, 5 mərtəbəli yaşayış binaları və fərdi tikililər, hazırki şirkətin qurucuları və təsisçiləri tərəfindən inşa edilmişdir. Artıq 2-ci nəslə ötürülən şirkət rəhbərliyi bu missiyaya diqqətlə yanaşmış, tikinti-inşaat sektorunun bütün incəliklərini ali təhsil çərçivəsində Almaniya Federativ Respublikasında yiyələnmişdir. İstər şirkətin idarəetmə sistemi, istərsə də ərazidə və inşaat obyektlərində görülən işlərdə daim Avropa, Alman dəqiqliyi qorunmaqdadır.
Tikinti, təmir, layihələndirmə, interyer-eksteryer dizayn, landşaft, rekonstruksiya, söküntü kimi inşaata aid olan digər sahələr də şirkətimiz tərəfindən yüksək həssaslıqla yerinə yetirilir. Sadaladığımız bu istiqamətlər üzrə inşa ediləcək və ya sadəcə təmiri nəzərdə tutulan məkanda bütün normativlər qorunarsa, o zaman qənaətli, sağlam və uzun ömürlü bir iş ortaya çıxmış olar.
Ölkəmiz günü-gündən inkişaf etməkdədir və məhz bu irəliləmə inşaat sektorunda daha da qabarıq formadadır. Hər birimiz bu inkişafdan yararlanma imkanına malikik. Əgər sizin çoxdan arzu etdiyiniz bir layihə, nəzərdə tutduğunuz tikinti və ya təmir varsa, “MAN-G Design and Construction”-a buyurun, bizimlə görüşün, müzakirə edin. Sürətli və keyfiyyətli işimizlə ümidlərinizi doğruldacağıq!

Aktiv vakansiyalar

4 vakansiya

  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız