Mehdi Abbasov küç. 13C, Nizami, Bakı
Dumagh yeni yaranmış kimyəvi təmizləmə və çamaşırxana xidmətidir. Bu sahədə yeni olmağımıza baxmayaraq, işçi heyyətimiz geniş təcrübəyə malik peşəkarlardan ibarətdir. İşimizin istiqaməti təmizlik olduğu üçün hər mənada adımıza laiq olmağı hədəfləmişik. Texniki cəhətdən avropanın qabaqcıl istehsalçılarından ən müasir və yüksək standartlara cavab verən yuma, qurutma, ütü və quru təmizləmə maşınları ilə təchiz edilərək, müxtəlif növ təmizləmə vasitələrinin köməyi ilə bizə etibar edilən əşyaların yeniliyini və təravətini bərpa edirik. İstifadə olunan təmizlik vasitələri Sizin dəriniz və geyimləriniz üçün tam ziyansızdır. İşçi heyyətimiz daima yeni texnologiyaların inkişafını izləyərək istehsalda və idarəetmədə bu məqamları tətbiq edirlər. Ləkələrin təmizlənməsi üçün əlimizdə olan müasir texnologiyalar və qoruyucu təmizləmə vasitələri geyimlərinizin təmizliyini bərpa edərək, rəng və fomrasını deformasiyadan qoruyacaq. Peşəkar mütəxəssislərimiz uzun illik təcrübələri sayəsində fərqli geyimlər üçün optimal təmizləmə rejimi seçir, beləcə geyimləriniz əvvəlki təmizliyinə qovuşur. Hazırda DUMAGH bir qəbul və eyni sayda texniki zonadan ibarətdir. Müştərilərimizin rahatlığını düşünərək servis xidmətimizdə fəaliyyət göstərir. Siz əşyalarınızın təmizlənməsini, həmçinin yuyulmasını evdən çıxmadan telefon və yaxud web saytımız vasitəsi ilə onlayn qaydada sifariş edə bilərsiniz. Biz həm fərdi, həm də korporativ qaydada müştərilərə xidmət göstəririk. Problemli ləkələrin sürətli həllini, hər bir müştəri üçün münasib qiymətləri birləşdirə biləcək xidmətlər təqdim edirik. Əşyalarınız düşündüyünüzdən daha çox Sizə xidmət edə bilər. Buna əmin olmaq üçün bizi seçməniz kifayətdir.