United Coffee Beans

0

Şirkət haqqında

United Coffee Beans təzə qovrulmuş xüsusi keyfiyyətli (specialty) kofeni Azərbaycanda təqdim edən yerli markadır. 2018-ci il 11 Yanvar Bakı şəhərinin mərkəzi və tarixi küçələrindən birində ilk filialımızı açmışıq. Açıldığımız ilk gündən bənzərsiz bir “third wave coffee” təcrübəsini yaşatmağı məqsəd etmişik. “Specialty” kofe, beynəlxalq 100 ballıq kofe dəyərləndirmə cədvəlində 80 bal və üzəri olan kofelər sayılır. Bu kofe çeşidləri, hazırlanma prosesində iştirak edənlərin harmoniya və əvvəldən sonadək yüksək standartlara və əla nəticəyə fokuslanmasından əmələ gəlir. Bu kofelər ideal iqlim şəraitində yetişdirilir və minimum və ya yox dərəcədə deffekti olan xüsusiyyətlərə malikdir.United Coffee Beans komandası olaraq ilk gündən birliyin gücünə inanıb, bütün uğurların yalnız birlikdə çəkilən səyin nəticəsi olduğunu bilərək yola başlamışıq. “We are United” bizim üçün sadəcə şüar və ya inanc deyil eyni zamanda işi etmə şəklimizdir. Bu birlikdən yaranan güclə özünə məxsus və hər bir zamana uyğunlaşan mədəniyyət yaratdıq.Kofe bizim üçün həyəcan, eşq, coşqunluq, bir sözlə, həyat tərzimizdir. Əsas məqsədimiz, hər fincanda eyni keyfiyyət və ləzzəti daima təmin etməkdir. Bu səbəbdən dünyanın müxtəlif ölkələrindən sadəcə dadından və keyfiyyətindən əmin olduğumuz kofe dənələrini gətirir, öz qovurma təsisimizdə xüsusi profilimizlə “microlot roasting” anlayışı ilə hər bir kofeni təbiətinə və xüsusiyyətlərinə görə qovururuq. Hər qovurma sonrası kofenin keyfiyyətini daima qorumaq məqsədilə öz analiz və dadımlarımızı edirik. Yeni nəsil dəmləmə üsulları ilə fərqli kofe növlərinin dadlarını qoruyaraq dəmləyib, servis etməkdən zövq alırıq.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız