Appro Laboratories

0

Şirkət haqqında

Laborator müayinə diaqnozun qoyulmasında çox önəmli yer tutur. Laboratoriya diaqnostikası diaqnozun tez və düzgün təyin edilməsində həkimə yaxından kömək göstərməklə bərabər müalicənin təsirinin izlənilməsini təmin edir. Elm və müasir texnologiyanın inkişafı bu prosesi daha da sürətləndirir.2021-ci ildə fəaliyyətə başlamış laboratoriyamız beynəlxalq keyfiyyət standartlarına uyğun qurulmuşdur. Belə ki laboratoriya tam yeni və müasir cihazlarla təchiz olunmuşdur. Cihazlarımız tam avtomatlaşdırılmış sistemlə çalışır. Bu cihazlar sürətli və dəqiq işləməklə qısa bir zaman ərzində çox sayda nümunə müayinə etməyə imkan yaradır. Xarici və daxili kontrollar sayəsində cihazların dəqiq və keyfiyyətli işləməsinə nəzarət olunur. Laboratoriyamız tezliklə şəbəkə sistemi formasında fəaliyyət göstərəcək. Nümünə vermək üçün uzaq məsafələrə zaman sərf etməyinizə gərək qalmayacaq. Artıq sizə ən yaxın APPRO LABORATORIES məntəqəsinə yaxınlaşaraq nümunələrinizi verə biləcəksiniz. Müayinə olunmus nümunələrin cavabları ixtisaslaşmış və təcrübəli həkimlər tərəfindən təsdiq olunur. Nəticələri heç bir yerə getmədən sizə təqdim olunmuş şifrəli kod vasitəsilə onlayn şəkildə əldə edə biləcəksiniz. Biz sizin sağlamlığınızı və rahatlığınızı düşünürük.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız