Hyatt Regency, Hyatt Tauer 2, İzmir küçəsi 8.
VLM AND PARTNERS (“VLM”) hüququn müxtəlif sahələrində peşəkarlaşmış, IFLR1000 tərəfindən tanınan və dünyanın aparıcı hüquq firmaları arasında The Legal500 sıralamasında yer alan hüquq firmasıdır.
VLM biznesin yenidən təşkili və islahatlar, korporativ hüquq, müqavilələr, ticarət, məhkəmə prosesləri, bank və maliyyə, layihələrin maliyyələşdirilməsi, dövlət-özəl sektor əməkdaşlığı, enerji, vergi və məşğulluq məsələləri sahəsində ixtisaslaşmış şirkətdir. VLM-in hüquqşünasları geniş çeşidli biznes sahələrində (enerji və təbii ehtiyatlar, kapital bazarı, texnologiya, istehsalat, inşaat, pərakəndə ticarət, əczaçılıq və s.) fəaliyyət göstərən qabaqcıl yerli və beynəlxalq şirkətlərə yüksək profilli məsələlər və çoxsaylı mürəkkəb sövdələşmələrlə bağlı məsləhət xidmətləri göstərir.