İdeya Tərcümə Mərkəzi

0

Şirkət haqqında

2017-ci ildən bu günədək fəaliyyət göstərən İdeya Tərcümə Mərkəzi tərcümə sektorunda bir çox uğurlara imza atmışdır. Bu uğurların təməlini çoxsaylı müştərilərin bir dəfə bizim işin keyfiyyətini və yüksək xidmət səviyyəsini görməklə təkrar-təkrar bizə müraciət etməsində görürük. İdeya Tərcümə Mərkəzi hər dil və hər mövzuda mətnlər, təqdimatlar, videoçarxlar, səs və s. tərcümə edir. Dəqiq deyə bilərik ki, bilmədiyimiz dil yoxdur. Bununla yanaşı, istər korporativ, istərsə də fərdi əməkdaşlıqlarımızdan aldığımız məmnuniyyət rəyləri bizi tərcümə sektorunda fərqləndirir. Mərkəzimizə müraciət etməklə əmin ola bilərsiniz ki, tərcümə yüksək səviyyədə yerinə yetirilir. Bütün tərcümələrimiz ixtisaslaşmış redaktorlar tərəfindən pulsuz yoxlandığına görə, sizin əlavə korrektə və redaktura xidmətinə ehtiyacınız qalmayacaq. Biz tərcümənin keyfiyyətinin yoxlanmasına çox ciddi yanaşırıq və heç bir halda yoxlanmadan müştəriyə material təhvil verilmir. Mətnin həcmindən, bir səhifə, on ya yüz səhifə olmasından asılı olmayaraq bütün sifarişlərə eyni məsuliyyətlə yanaşırıq. Digər bir üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə məhz İdeya Tərcümə Mərkəzi müştərilərimizin rahatlığını düşünərək və onların vaxtlarına dəyər verərək tərcümələrin ödənişini Milliön və E-manat terminalları ilə, eləcə də onlayn – saytımız, mobil tətbiqlər vasitəsilə mümkün edib. Bununla yanaşı, konfidensiallığa sözdə yox, əməldə riayət edirik.

Aktiv vakansiyalar

0 vakansiya

Şirkətin aktiv vakansiyaları yoxdur

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız