"Fin-Plast İnternational" MMC

Y.Məmmədov küç 114

0

Şirkət haqqında

“Fin-Plast İnternational” MMC öz fəaliyyətinə 1998-ci ildə, Sumqayıt şəhərində “Qayğı” KM adı altında başlamışdır. Fəaliyət sahəsi ilk illər daha dar çərçivəli olmuşdur. Belə ki, əvvəllər yalnız polietilen paketləri istehsalı ilə məşğul olan şirkət daha sonrakı illər ərzində öz fəaliyyətini genişləndirmiş, bu sahədə daha böyük işlərə imza atmışdır.
2011-ci ildən “Fin-Plast 1” adıyla işlərinə davam edən şirkət artıq fəaliyyət çevrəsini genişləndirərək yeni uğurlar qazanmışdır.
2017-ci ildən etibarən günümüzə qədər şirkətimiz fəaliyyətini beynəlxalq səviyyəyə daşıdığı üçün güvənlə inkişaf edir, nizamnaməsini dəyişərək “Fin-Plast İnternational” adıyla işlərini davam etdirir.
İstehsal sahəmizdə müxtəlif növ polietilen məhsullar, çaplı, çapsız, laminasiyalı qida və qeyri-qida qablaşdırmaları(hazir qida, donmus qida, ev heyvanları yemləri, təmizlik vasitələri üçün qablaşdırmalar) yer alır.
Şirkətimiz dünya ölkələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir və gücləndirir. Bu isə istər şirkət olaraq bizə, istərsə də respublika səviyyəsində ölkəmizə yeni investisiya imkanlarına və əməkdaşlıq əlaqələrinin yaranmasına yol açır.
Dövlət başçısı cənab İlham Əliyevin və dövlət dairələrinin biznesmenlərə və sahibkarlara olan diqqət və qayğısı sayəsində respublikamızda təkcə bizim şirkət deyil digər biznes sahələri də inkişaf yolundadırlar.

Aktiv vakansiyalar

6 vakansiya

 
  • Razılaşma yolu ilə

Anbardar

Sumqayıt

  • Razılaşma yolu ilə

Maliyyə müdiri

Sumqayıt

  • Razılaşma yolu ilə

Xadimə

Sumqayıt

 
  • 450 - 550 AZN

 
  • Razılaşma yolu ilə

 
  • Razılaşma yolu ilə

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız