Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası İctimai Birliyi (ASMA) – Peşəkar Mühasib Təşkilatı
– 06 iyul 2000-ci ildə təsis olunmuşdur.
Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 28 aprel 2023-cü il tarixli, 3-23/3- 4- 1/2023 saylı Qərarına əsasən «Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunub.
ASMA-nın əsas məqsədi mühasibat, maliyyə və idarəetmə uçotu sahəsində çalışan peşəkar mütəxəssislərin birləşdirilməsi, mühasibat uçotunda islahatlarının həyata keçirilməsinin və mühasibatlığın beynəlxalq standartlarının tətbiq edilməsinin təşviq edilməsi, birlik üzvlərinin daimi peşəkar inkişafı və fəaliyyəti üçün əlverişli şərait təşkil edilməsi, təcrübə mübadiləsi, məlumat təminatını yaratmaqdır.
Bu yolda Peşəkar Mühasiblər və Maliyyəçilər üçün Təlimlər və Seminarların təşkilini həyata keçiririk.