“İNTROHOST” - 2019-cu ildə informasiya texnologiyaları sahəsində ixtisaslaşmış bir qrup yüksək səviyyəli mütəxəssislər tərəfindən yerli və xarici şirkətlərin İKT sahəsində yaranan tələbatları qarşılamaq məqsədilə yaradılmışdır.
Fəaliyət göstərdiyimiz illər ərzində şirkətimiz informasiya sistemlərinin qurulması və idarə olunması üzrə zəngin peşəkar biliklər və təcrübə əldə etmiş, bir sıra uğurlu layihələrə imza atmışdır. İmzamızın olduğu layihələrin diqqət cəlb edən və yadda qalan olması, eyni zamanda həyata keçirdiyimiz layihələrə qatdığımız dəyərlər fəaliyyətimizin sonrakı mərhələlərində də uğurlara imza atmağımızda böyük rol oynamışdır. Bütün bunlar, hal-hazırda müştərilərimizə geniş çeşidli xidmətlər təklif etməyə imkan yaradır.