Bakı şəh, Abşeron ray, Aşağı Güzdək qəs.
"RS GLOBAL" MMC 2021-ci ildə Azərbaycanda yaradılmışdır. Şirkət yeni yaranmasına baxmayaraq, bu sahədə böyük təcrübəsi olan professional kollektiv tərəfindən qurulmuşdur. "RS GLOBAL" MMC Azərbaycan qida bazarına yeni nəsil qəlyanaltı məhsullarının istehsalını gətirdi. Məhsullarımız bir neçə unun (Buğda, Qarğıdalı, Çovdar) qarışığından olan xüsusi reseptlə, müasir texnologiya ilə hazırlanır.
Bu texnologiya məhsullarımıza möhtəşəm kövrəklik, xırçıltı və dad verir ki, bu da məhsulumuzu qısa bir zamanda lider mövqeyə gətirdi. Ekskluziv olaraq bizim istəyimizlə, reseptura hazırlanması üçün Rusiya və Avropa texnoloqlarına müraciət etdik.
Mütəxəssislərin ümumi səyləri və ciddi əməyi sayəsində aparılan axtarışlardan və təkrarlanan testlərdən sonra istəyimizə nail olduq. Əvəzsiz damaq dadına layiq bir məhsul əldə etdik. Buna baxmayaraq biz bu nailiyyətlə kifayətlənmirik. Dad və keyfiyyətin yüksəldilməsi istiqamətində intensiv iş davam etdirilir. Hal-hazırda 8 fərqli dad çeşidi üzrə məhsul istehsalını nizama salmaq istiqamətində səmərəli işlər görülür.
Bu da onu deməyə əsas verir ki, biz müştəri məmnuniyyətini önə çəkməklə, məhsulun dad və keyfiyyətinə diqqəti artırmaqla, istehlakçı gözləntilərini doğrultmaqla daha geniş əhatə dairəsində müştəri rəğbətini qazanacağıq. Avadanlıqlarımız tam avtomat, insan əli dəymədən çalışır. İstehsal sahəmiz Avropa standartlarına uyğundur.
Şirkət və onun rəhbərləri öz işlərini sevir və istəyirlər ki, istehlakçılar istehsal olunan məhsulun zövqündən və keyfiyyətində razı qalsın.