Bakı şəhərinin mərkəzində, əlverişli mövqedə yerləşən, analoqu olmayan İbtidai Məktəbə, Bakı Beynəlxalq Təhsil Kompleksinə xoş gəlmisiniz! Yeni bir təhsil müəsisəsi olmasına baxmayaraq, BBTK şagirdlərə çoxsaylı öyrənmə metodları təklif edir. Burada təhsilin əsas prioriteti daim gələcək planlarımıza və məqsədlərimizə doğru irəliləməkdir.Bizim missiyamız hər bir şagirdə təhsil vermək, onların akademik potensialını ortaya çıxarmağa ilhamlandırmaqdır. Şagirdlər, valideynlər və məktəbimiz arasında birliyə nail olmaq bizim əsas hədəfimizdir. Bu isə öz növbəsində şagirdlərə müxtəlif təhsil imkanlarının yaradıldığı və onların hər cür dəstək aldığı bir mühitdə akademik mükəmməlliyə nail olunması deməkdir.